Azərbaycan boksçusu ilk medalı təmin edib

Azərbaycanın boks millisinin üzvü Alfonso Dominges bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 final döyüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 92 kq. çəki dərəcəsində yarışan milliləşdirilmiş kubalı idmançı Qazaxıstanı təmsil edən Aybek Oralbayla qarşılaşıb. A.Dominges 2021-ci ilin dünya çempionu, Aybek Oralbay 2022-ci ilin Asiya çempionudur. Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal da qazanıb.

Bu görüşdə rəqibinə qalib gələn Dominges yarımfinala çıxaraq ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, A.Dominges Paris-2024-ə 1/8 finaldan başlayıb. Dominges bu yarışın favoritlərindən olan, Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya çempionu Xulio Sesar Krusa qalib gəlib.