Növbədənkənar seçkilərlə əlaqədar media mərkəzinin açılışına hazırlıq gedir

Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar media mərkəzinin açılışı istiqamətdə hazırlıq işləri davam edir.

“Sherg.az” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 1-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, fəaliyyətə başlaması istiqamətində hazırlıq işləri davam etdirilən media mərkəzində yerli və xarici ölkələri təmsil edən jurnalistlərin təmsilçiliyi nəzərdə tutulur.