Prezident Ərdoğan Dövlət Baxçalı və Akşenerlə telefonla danışıb

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı və İYİ Partiyasının sədri Meral Akşenerlə telefon danışığı aparıb. 

Sherg.az xəbər verir ki, söhbət zamanı  terror təşkilatı PKK/YPG/KCK terrorçularının hücumu və davam edən terrorla mübarizə əməliyyatları ilə bağlı inkişaflar müzakirə edilib.