İslandiyada əhalisi köçürülən şəhər yaxınlığındakı vulkan yenidən püskürüb

İslandiyada Qrindavik şəhəri yaxınlığında yenidən vulkan püskürüb.
APA-nın RUV telekanalına istinadən verdiyi xəbərə görə, vulkan yerli vaxtla saat 03.00-da püskürüb.
İslandiya Meteoroloji Bürosu Qrindavik şəhərinin şimalından başlayan bəndin hər iki tərəfində çatlar yarandığını açıqlayıb.

Qeyd edək ki, Qrindavik şəhərinin əhalisi keçən ilin noyabrında evakuasiya edilib. Dekabrda vulkan püskürüb, ancaq lava şəhər istiqamətində axmayıb.