Roma Papası əməliyyat olunacaq

Roma Papası XIV Leo ağciyərində aşkar edilən patoloji törəmənin götürülməsi üçün cərrahi əməliyyat olunacaq.

Oxu.Az "Vatican News"a istinadən xəbər verir ki, pontifik bu barədə bazar günü oxuduğu xütbədən sonra açıqlama verib.

"Bəzi müayinələr zamanı həkimlər ağciyərimdə kiçik bir düyün aşkar etdilər. Bu, çox erkən mərhələdə müəyyən edilib və dəqiq lokallaşdırılıb. Həkimlər cərrahi müdaxiləni məqsədəuyğun hesab edirlər. Onların tövsiyələrinə əməl edərək düyünün götürülməsi üçün əməliyyat olunmağa qərar verdim", - deyə Papa bildirib.