İspaniyada maskalı kişi futbol meydançasında 11 yaşlı uşağı bıçıqlayaraq öldürüb

Bu gün səhər İspaniyanın Mosexon şəhərində maskalı kişi qəfil uşaqların oynadığı fotbol meydançasına daxil olub.

APA-nın xəbərinə görə, bu barədə İtaliyanın RTVE Dövlət Telekanalı məlumat yayıb.

Maskalı naməlum şəxs meydançada 11 yaşlı uşağa bir neçə bıçaq zərbəsi endirib, daha sonra qaçıb. Təcili yardım briqadası hadisə yerinə gələndə artıq uşağın həyatını itirdiyi məlum olub.

Hazırda polis cinayətkarı axtarır.

Hadisənin motivi hələ məlum deyil.