Ermənistan hökuməti ABŞ-la gömrük orqanlarının qarşılıqlı yardımı haqqında sazişin ratifikasiyasını təsdiqləyib.
"Sherg.az"ın erməni teleqram kanallarına istinadən məlumatına görə , bu barədə Nazirlər Kabinetinin avqustun 29-da keçirilən iclasında qərar verilib.
Saziş iyunun 11-də İrəvanda Ermənistan-ABŞ strateji dialoqunun yekun görüşündə imzalanıb.