90 yaşlı üç rəfiqə! - uzun ömürlərinin sirri

 Manisanın Sarıgöl Dadağlı bölgəsində yaşayan 90 yaşlı 3 rəfiqə sağlam və uzun ömürlərinin sirrini açıb. Onlar uzun və sağlıqlı ömür sürmələrini məşhur tarhana şorbasına borclu olduqlarını deyiblər. “Sherg.az “Milliyet.com.tr”yə istinadən bildirir ki, Dadağlı sakinləri 90 yaşlı Pakizə Tosun, Ümmü Kılıç və Ümmü Ergin hər il qış tədarükünü birlikdə hazırlayır. Xüsusən də tarhana hazırlamağı vacib bilirlər. Rəfiqələr gəlinləri də bu işə cəlb edir və qışın vazkeçilməz ərzağı sayılan tarhana hazırlayırlar. Pakizə Tosun, "biz üç rəfiqə həmişə birlikdə tarhana hazırlayırıq. Bunu hazırlamaq çətindir, mürəkkəb bir işdir. Mütləq köməkləşib etmək lazımdır. Evdə hazırlanan tarhana təxminən bir aya yaxın qurudulur, sonra qırmızı (acı), yaşıl bibər, pomidor, duz və soğan doğranır, tarhana da əlavə edilir, qaynadılır. Soyuduqdan sonra bibərlərin qabığını, pomidorun tumlarını çıxarır, sonra bu qarışıma qatıq və un əlavə edirik. Bu qarışığı evin damında təmiz ağ bez üstünə sərərək yaxşıca quruduruq. 1 ay çəkir qurudulma. Quru qarışığı təzədən ələkdən keçiririk, kiçik parçalara ayırıb saxlayırıq. Bu, bizim qışa tədarük etdiyimiz ərzaqdır. Soyuq havalarda tarhana şorbasının əvəzi yoxdur. Soyuqdəymənin dərmanıdır. Qış uzunu tez-tez tarhana şorbası hazırlayırıq”, deyib. P.Tosun tarhananın un, buğda, düyüdən hazırlandığını, bu ərzaqların üyüdülərək toz halına gətirildiyini, sonra da sadalanan tərəvəzlər və başqa ədviyyatlarla qarışdırılaraq qurudulduğunu söyləyib. P.Tosun deyib ki, Ramazan ayında iftarı tarhana şorbası ilə açırlar. Azyaşlı uşaqlara da yedizdirirlər ki, sağlam böyüsünlər.