Ötən gecə İranda İsrailə raket hücumuna etiraz edən onlarla vətəndaş həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.
Ən çox həbslərin Tehran, Kirmanşah, Sənəndəc və İsfahanda həyata keçirildiyi bildirilib.
SEPAH-ın kəşfiyyat bölməsi məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda vətəndaşlardan İranın raket hücumuna etiraz edənlərin kimliyinin müəyyənləsdirlərək dövlət qurumlarına bildirilməsi istənilib.
Qeyd edək ki, ötən gecə İranın İsrailə raket hücumu zamanı adı çəkilən şəhərlərdə bəzi vətəndaşlar balkonlara çıxaraq "Xameneiyə ölüm", "Diktatora lənət" şüarları səsləndiriblər.