Braziliyanın "Santos" futbol klubunun hücumçusu Neymar "Koritiba" ilə oyundan (1:0) sonra rəqib komandanın azarkeşləri ilə emosional mübahisəyə girib.
Oxu.Az "The Touchline" nəşrinə istinadən xəbər verir ki, futbolçu görüş boyunca tribunlardan ünvanına səsləndirilən təhqirlərə qəzəblənib.
Matçın taleyi son dəqiqələrdə həll olunub. "Santos" 90+4-cü dəqiqədə Barbozanın vurduğu qolla əzmkar qələbə qazanıb. Final fitindən dərhal sonra Neymar rəqib azarkeşlərin olduğu tribunaya yaxınlaşaraq narazılığını bildirib.
"Axmaqlar! Siz kiçik klubun azarkeşlərisiniz! Mənə hörmət etməlisiniz. Siz B Seriyasına düşürsünüz. Dilinizi soxun qarnınıza" , - deyə futbolçu azarkeşlərə bildirib.