İran prezidenti Qətərə getdi

İran Prezidenti Məsud Pezeşkian Qətər əmiri Təmim bin Məhəmməd Əl Taninin dəvəti ilə bu ölkəyə yollanıb.
Axar.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Məlumata görə, Pezeşkian səfər çərçivəsində Asiya Ölkələrinin Əməkdaşlıq Forumunun iclasında iştirak edəcək.
Qeyd olunub ki, səfər zamanı Qətər hökuməti ilə iqtisadi, mədəni və sosial sahələrdə qarşılıqlı əlaqələr barədə danışıqlar aparılacaq, eləcə də anlaşmaların imzalanması nəzərdə tutulub.