İsrail bir də bunu etsə, sarsıdıcı cavab alacaq - İran

İran İsrailin istənilən təcavüzkar addımına cavab verməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxtrəvançı deyib.

"İran İslam Respublikası İsrail rejiminin istənilən təcavüzkar və terror aktına cavab verməyə tam hazırdır. Əgər o, yenidən səhvə yol verərsə, İranın suverenliyini və milli təhlükəsizliyini təhdid edərsə, yaxud İranın maraqlarına, obyektlərinə və vətəndaşlarına hücum edərsə, İsrail rejimi dərhal, qəti və sarsıdıcı cavab alacaq”, - deyə o bildirib.