Yaponiyanın yeni Baş naziri: Rusiya ilə sülh sənədinin imzalanmasına tərəfdarıq

“Yaponiya hökuməti ikitərəfli münasibətlərdəki gərginliyə baxmayaraq, Rusiya ilə ərazi mübahisəsinin həlli və sülh sənədinin imzalanmasına tərəfdardır”.

APA-nın “Asia Pacific” portalına istinadən xəbərinə görə, bunu Yaponiyanın yeni Baş naziri Siqeru İsiba bildirib.

“Rusiya ilə münasibətlərimiz özünün gərgin dövrünü yaşayır. Biz bu ölkəyə yanaşmamızda ərazi mübahisələrinin həlli və sülh razılaşmasının əldə olunmasını istəyirik” – S. İsiba belə deyib.