ABŞ İsrailin İrana hücumunda iştirak etməyəcək

ABŞ-ın İsrailin İrandakı hədəflərə cavab zərbələrində iştirak edəcəyi gözlənilmir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti mənbəyə istinadla məlumat yayıb.

“ABŞ və İsrail rəsmiləri Təl-Əvivin İranın hərbi obyektlərinə, eləcə də enerji infrastrukturuna zərbələr endirmə ehtimalını müzakirə edirlər. Lakin Vaşinqtonun bu zərbələrdə iştirak etmək niyyəti yoxdur”, - mənbə bildirib.