Türkiyə növbədənkənar prezident seçkilərinə gedir - Şok iddia

Türkiyədə 2028-ci ildən əvvəl növbədənkənar prezident seçkiləri keçirilə bilər.

Sherg.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə dövlətinin hazırkı başçısı Rəcəb Tayyib Ərdoğan yenidən “ən güclü namizəd” ola bilər.

Erkən seçkilərlə bağlı qərar 2028-ci ildən altı ay və ya bir il əvvəl verilə bilər.

Bu arada, ötən həftə Ərdoğan ölkədə növbədənkənar prezident seçkiləri ilə bağlı müxalifətin bəyanatlarını rədd edərək, ölkədə növbəti seçki dövrünün 3,5 ildən sonra baş tutacağını vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin yazında Türkiyədə prezident seçkiləri keçirilib. Rəcəb Tayyib Ərdoğan ikinci turda əsas rəqibi, müxalif Cümhuriyyət Xalq Partiyasının o zamankı lideri Kamal Kılıçdaroğlunu üstələyərək qalib gəlib.