İsrailin fəaliyyəti İŞİD-in cinayətlərini xatırladır - İran

İsrail ordusunun Fələstin və Livanda hərbi fəaliyyətləri İŞİD terror qruplaşmasının cinayətlərini xatırladır.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi deyib.

“Sionist rejimin (İsrail – red.) bundan öncə ABŞ silahları ilə Fələstin və Livanda müqəddəs məkanlara, məktəb, məscid və tibbi komplekslərinə hücumları İŞİD cinayətlərini yada salır. Dinc sakinlərin öldürülməsi və mülki obyektlərin dağıdılması sionizm və terrorizm ideyasının ayrılmaz hissəsidir”, - deyə o bildirib.