Gürcüstanın Qara dəniz sahilində inşa edəcəyi dərin özüllü Anaklia limanı layihəsi 2029-cu ilədək tamamlanacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze seçki proqramını təqdim edərkən deyib. O, limana ilk gəmilərin 2029-cu ilədək qəbul ediləcəyini vurğulayıb.
Hökumət başçısı bu istiqamətdə işlərin artıq başladığını, Çin-Sinqapur konsorsiumu ilə müqavilə imzalandığını və Belçika şirkətinin limanın dərinləşdirilməsi istiqmətində işlərə start verdiyini qeyd edib.
Kobaxidze limanın illik potensialının 600 min konteyner olacağını və ilk mərhələdə layihəyə 600 milyon ABŞ dolları investisiya qoyulacağını əlavə edib.