Lukaşenko: Qərb Belarusu boğmaq planı hazırlayıb

Qərb Rusiya və Belarusu boğmağı qarşısına məqsəd qoyub.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Münasibətlərimizə gəlincə, ən mühüm nəticə - məncə, siz də razılaşarsınız, - Qərbin bizi, ilk növbədə, iqtisadiyyat və maliyyə sahəsində boğmağı planlaşdırırdı. Ancaq alınmadı. Artıq onlar bunu etiraf edirlər. Hətta bunu bəyan etməyə belə ehtiyac yoxdur”, - deyə Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.