İsrail Beyrutun mərkəzində iki binanı vurub

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Beyrutun mərkəzində “Hizbullah”a aid hədəflərə hücum edib.

APA xəbər verir ki, bu barədə TASS müxbirinə yerli mülki müdafiə xidmətindəki mənbə bildirib.

"Hizbullah"ın tibb mərkəzlərinin yerləşdiyi Ras əl-Nabaa və Nuairi məhəllələrinə iki zərbə endirilib", - deyə mənbə qeyd edib.

Təcili yardım avtomobilləri hava hücumlarına məruz qalan binalara axışıb. Hadisə şahidlərinin sözlərinə görə, ölən və yaralananlar var.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər həlak olub, 48 nəfər isə yaralanıb.