Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya xeyli sayda kamikadze PUA-ları təhvil verəcək.
Axar.az xəbər verir ki, bu barədə Albaniya Baş naziri Edi Rama deyib.
“Bu, Türkiyənin Albaniyanın yenilməz olduğuna güclü işarə etdiyi hədiyyədir”, - deyə o bildirib.
Göndəriləcək PUA-ların sayı və modeli ilə bağlı açıqlama verilməyib.