Zelenski təslim olmağa hazırlaşır - VP

Ukrayna Prezidenti Vladimir Zelenski mövqeyi zəiflədiyi üçün Rusiya ilə danışıqlara daha açıq olub.
Axar.az xəbər verir ki, bunu “Vaşinqton Post” qəzeti qərbli diplomata istinadla yazıb.

“Qərbdə hiss edirlər ki, Rusiyanın Ukraynanın 20%-dən çoxunu işğal etməsinə və hər hansı ərazini vermək ehtimalının az olmasına baxmayaraq, Zelenski Kremllə danışıqlara başlamaq üçün daha açıq olmağa başlayıb. Onlar Zelenskinin “Rusiya Ukraynanın təşkil etməyi planlaşdırdığı növbəti sülh sammitinə dəvət olunacaq” ifadəsini misal göstərirlər”, - mənbə bildirib.

Qəzetin yazdığına görə, Kiyevin mövqeyinin dəyişməsi bir neçə amillə, o cümlədən Rusiyanın döyüş meydanında mövqelərini gücləndirməsi ilə bağlıdır.