Mirzoyan Türkiyədə “3+3” platformasının iclasında iştirak edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “3+3” regional platformasının növbəti iclasında iştirak edəcək.
APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib.
O, Ermənistan XİN rəhbərinin “3+3” platformasının oktyabrın 18-də İstanbulda keçiriləcək iclasına qatılacağını təsdiqləyib.