Çin Yerin məsafədən zondlanma peykini buraxdı

ŞÇin "Gaofeng-12 05" Yerin məsafədən zondlanma peykini buraxıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib və ÇXR-in şimal-qərbindəki Szütsüan kosmodromundan "Changzheng-4C" (Long March-4C) daşıyıcı raketinin startını göstərib. Raket Pekin vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə 11:45-də) start götürüb.

Məlumata görə, aparat planlaşdırılmış orbitə uğurla çatıb.

Peyk torpaq resurslarının monitorinqi, şəhər planlaşdırması, yol şəbəkələrinin layihələndirilməsi, kənd təsərrüfatı məhsullarının məhsuldarlığının qiymətləndirilməsi, təbii fəlakətlər zamanı yardım göstərilməsi kimi sahələrdə istifadə olunacaq. Bu uçuş "Changzheng" seriyalı daşıyıcı raketlər üçün 540-cı olub.