Qazaxıstana BRICS-dən təklif gəlib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BRICS-ə qoşulmaq təklifi alıb.
Oxu.Az "TengriNews"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali məlumat yayıb.
Onun sözlərinə görə, müvafiq təklifə dövlət başçısı baxır və onun tapşırığına əsasən, müvafiq idarələr tərəfindən Qazaxıstanın milli maraqları baxımından təhlil edilir.
Xatırladaq ki, BRICS Rusiya, Braziliya, Hindistan, Çin, CAR, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanından ibarət hökumətlərarası təşkilatdır.