Türkiyədə zəlzələ olub

Türkiyənin Sivas vilayətində 4,7 və 4,1 maqnitudalı zəlzələ baş verib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar saat 11:29-da qeydə alınıb.
Zəlzələ insanlar arasında panikaya səbəb olub. Onların bir qismi zəlzələ olan zaman evlərini tərk edərək, küçələrə çıxıblar.