Türkiyə Silahlı Qüvvələri 11 terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində 11 terrorçunu öldürüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, onlardan 10-u Hakurk bölgəsində, 1-i isə Metina bölgəsində öldürülüb.