Türkiyə onlarla müharibə aparır, bizimlə yox - Bərzani

Türkiyə PKK-ya qarşı savaşır, bizə qarşı yox. Bu müharibənin səbəbi PKK-nın mövcudluğudur.

Axar.az xəbər verir ki, bunu İraq Kürdüstanı Muxtariyyətinin Baş naziri Məsrur Bərzani K24 televiziyasına müsahibəsində deyib.

“PKK özünü bölgənin hakimi kimi görür, xalqımızdan pul qoparır, onlara problem yaradır, gənclərimizi qaçırır. Bu, birtərəfli problem deyil, çox dərin məsələdir. Biz hökumət olaraq müharibənin daha da irəliləməsinin qarşısını aldıq. PKK-ya qalsa, döyüşü Duhok, Zaxo və başqa şəhərlərə qədər aparacaqdı. Peşmərgə PKK-nın daha da irəli gəlməsinin qarşısını almaq üçün xətt yaradıb. Hazırda müharibə davam etdiyi üçün yüzlərlə kəndimizə xidmət göstərilə bilmir. PKK heç bir şəkildə bizi dinləmir", - o əlavə edib.