ABŞ İsrailin İrana cavab zərbəsi endirməsi ilə bağlı məxfi məlumatların sızmasını araşdırır

Birləşmiş Ştatlar İsrailin İrana zərbə endirməyə hazırlığı ilə bağlı çox məxfi kəşfiyyat məlumatlarının sızmasını araşdırır.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, sənədlər oktyabrın 18-dən yayılmağa başlayıb.

“Milli Geoməkan-Kəşfiyyat Agentliyi tərəfindən tərtib edilən bir sənəddə İsrailin sursatların yerləşdirilməsi də daxil olmaqla planlarından bəhs edilir”, - məlumatda deyilir.