
Analitik: Qərbin Ukrayna müharibəsi iflasa uğrayıb
Yusif Nəzərli
09:50 20.10.2024
Dünya
317
Hər kəs ABŞ seçkilərinin nəticələrinə kökləndiyi üçün ciddi qərarlar qəbul edilmir
Cənubi Koreya kəşfiyyatı şimaldakı rejimin Rusiyaya hərbi kontingent göndərdiyi barədə xəbərləri təsdiqləyib.
Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Şimali Koreyanın 12 min əsgər göndərməyə qərar verdiyi bildirilir. Artıq onların bir qismi (1500 əsgər) Rusiyadadır və hazırlıq keçirlər.
Bu mövzuya toxunan siyasi şərhçi Şahin Cəfərli hazırda Qərbin iflic vəziyyətdə olduğunu deyib. Onun sözlərinə görə, hər kəs ABŞ seçkilərinin nəticələrinə kökləndiyi üçün ciddi qərarlar qəbul edilmir:

“ABŞ-nin Prezidenti Co Baydenin Ukrayna müharibəsi ilə bağlı bədnam "yardım etmək, amma eskalasiyanı yüksəltməmək" strategiyası iflasa uğrayıb. Qarşı tərəf başqa dövləti birbaşa müharibəyə cəlb etməklə artıq çox ciddi eskalasiyaya gedib və bunun cavabı olmalıdır. Ukraynanın Şimali Koreyadakı vəhşi rejimlə, eləcə də Rusiyaya hərbi dəstək verən digər dövlət - İranla hansısa ciddi problemləri yox idi. Bunlar Ukraynanın yox, ABŞ-nin düşmənləridir və müharibəni Rusiya-ABŞ (Qərb) müharibəsi kimi qəbul etdikləri üçün Moskvaya kömək göstərirlər. ABŞ isə qulağının üstünə yataraq bu müharibəni kənar müşahidəçi qismində şərh etməyə davam edir.
Əgər Ukraynaya bundan sonra da yetərli dəstək verilməsə, onda 2022-ci ilin yanvarında Cenevrədəki Rusiya-ABŞ görüşündən əvvəl Rusiya xarici işlər nazirinin müavini Ryabkovun dediyi kimi, gərək Qərb şələ-küləsini yığışdırıb, dünya siyasətindən çəkilsin.
Başqa bir tərəfdən, Rusiyanın əvvəlcə döyüş sursatı, sonra isə canlı qüvvə dəstəyi üçün Şimali Koreyaya müraciət etməsi onun resurslarının tükənməzliyi barədə rəy və təsəvvürlərin nağıl olmasının sübutudur. Ukraynaya hərbi dəstəyin keyfiyyəti və kəmiyyəti yüksəldilərsə, bu düşməni geri oturtmaq tamamilə mümkün vəzifədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm