Alman mətbuatı yazdı! Döyüş təyyarələri addım-addım Türkiyəyə...
13:13 20.10.2024
Dünya
383
Almaniya kansleri Olaf Şolzun Türkiyəyə səfəri və prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında verdiyi mesajlar Almaniya mətbuatında geniş işıqlandırılıb.
Sherg.az xəbər verir ki, "Frankfurter Allgemeine Zeitung", “Kansler Şolz Ankaraya İstanbulda daha çox müdafiə sənayesi məhsulları vəd etdi” başlıqlı xəbər dərc edib.
Xəbərdə Almaniya hökumətinin, Türkiyəyə müdafiə sənayesi məhsulları tədarükündən uzaq durduğu, ancaq Şolzun bu səfərlə Türkiyənin NATO üzvü olduğuna diqqət çəkərək, müdafiə sənayesi məhsulları ilə bağlı daha çox iş birliyinin olacağını bildirib.
Xəbərdə, həmçinin Almaniya hökumətinin Ankaraya müdafiə sənayesi məhsullarının tədarükü ilə bağlı yeni münasibəti ilə Yunanıstanı qorxutduğu və buna görə də Olaf Şolzun son dövrdə Afina ilə Ankara arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə yumşalmasını təqdir etdiyi, Berlinin də bu addımı atdığı bildirilib. Türkiyə ilə bir müddətdir aparılan danışıqlarda münasibətlərdə "yeni başlanğıc"dan danışıldığı qeyd edilib.
Almaniya mətbuatında Ərdoğan-Şolz görüşündə Eurofighter döyüş təyyarələrinin addım-addım Türkiyəyə gəldiyi xəbəri yayılıb.
Xəbərdə Almaniyanın Türkiyə ilə yaxınlaşmasının başqa bir əlamətinin Şolzun sonuncu dəfə 2016-cı ildə keçirilən yüksək strateji ortaq hökumət məsləhətləşmələrinin yenidən başlayacağını açıqlaması olduğu qeyd edilib.
"Deutschlandfunk" qəzetində yer alan xəbərdə Şolz və Ərdoğanın silah və texnikanın daşınması mövzusunda razılaşdıqları, lakin Yaxın Şərqlə bağlı fərqli düşündükləri qeyd edilib.
Xəbərdə Almaniya və Türkiyənin uzun illər davam edən mötədil əlaqələrindən sonra müdafiə sənayesi sahəsində daha çox əməkdaşlıq etmək istədiyi bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm