Spiker: AP-nin Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur
Yusif Nəzərli
07:20 29.10.2024
Siyasət
323
Oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Milli Məclis bu qətnaməyə dərhal öz münasibətini bildirib: “Avropa Parlamentinin Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur. Avropa Parlamenti bu qətnamə ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli mövqe nümayiş etdirir, həm də Azərbaycanın əldə etdiyi qələbəyə meydan oxuyur. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal edib, o dövrdə beynəlxalq ictimaiyyət nədənsə susmağa üstünlük verirdi”.
Sahibə Qafarova narahatlıq doğuran digər məqama da toxunub: “Avropa Parlamentinin noyabrda ölkəmizdə keçiriləcək COP-29 tədbirinə münasibəti də narahatlıq doğurur. Azərbaycan regionda sülh yaratmağa sadiqdir, lakin hər hansı qərəzi qətiyyətlə rədd edir. Ölkəmiz müstəqil daxili və xarici siyasət yeridir. Heç bir təzyiq və hədə qorxu bizi öz yolumuzdan döndərə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol