
Sosioloq od püskürdü: Bu cəmiyyətimiz üçün faciədir
10:34 30.10.2024
Sosial
494
Bakıda qətl hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunun 8-ci kilometr qəsəbəsi ərazisində baş verib. Şəxsiyyəti hələlik məlum olmayan kişi əvvəlcə arvadını, sonra isə ilkin ehtimala görə, özünü bıçaqlayaraq öldürüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən ər-arvadın meyitini aşkar ediblər. Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Mövzu ilə bağlı "Sherg.az"a fikirlərini bölüşən sosioloq Mətanət Məmmədova deyib ki, ilk növbədə ahıl yaşda bir insanın niyə öz xanımına qarşı zorakılıq törətməsini aydınlaşdırmaq lazımdır:

“Gənc ailə olanda düşünülür ki, sosial problemlərdən qaynaqlanan məsələyə görə bu cür hadisə baş verib. Lakin ahıl yaşda olan insanların ailəsində bu cür problemlərin baş verməsi cəmiyyətimiz üçün faciədir. Təəssüf ki, bu gün cəmiyyətimizdə baş verən hadisələr fonunda belə faciələr gənclərə nümunə olur. Ümumiyyətlə səbəbindən asılı olmayaraq insanın bir birinə zorakılıq tətbiq etməsi düzgün bir yanaşma deyil. Düşünürəm ki, insanlar səbrli olmalı və bir birinə hörmətlə yanaşmalıdır. Ahıl yaşda olan şəxsin bu cür hərəkət etməsi qəbul edilməz vəziyyətdir. Bu məsələnin hansı səbəbə görə olduğu bilindikdən sonra düşünürəm ki, ictimaiyyətə də məlumat veriləcək. Yaxşı olar ki, bu kimi məsələlərdən nümunə götürməyək. Ailə daxilində insanlar bir birinə anlayış göstərməlidir. Heç bir səhv ehtiva etmir ki, insan digər şəxsin həyatını sonlandırsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya