
Psixoloq: Stressin mənfi tərəfləri olduğu kimi, müsbət tərəfləri də var
13:49 06.11.2024
Sosial
591
Günümüzü cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Bu zədələr isə bizdə müxtəlif vəziyyətlər, problemlər, bir sözlə, stress yaradır.
Bəs stress və gərginliyə necə qalib gəlmək olar? Ümumiyyətlə, stressin əlamətləri hansılardır? Stressə nə yaxşı təsir edə bilər?
Suallarımızı cavablandıran psixoloq Sevinc Həbibova "Sherg.az"a deyib ki, stress orqanizmin gərgin vəziyyətə reaksiyasıdır:

"Bu zaman beyinin göndərdiyi siqnalların nəticəsində ifraz olunan külli miqdarda hormon bütün orqanizmdə dövr edir. Burada da ürək döyüntüsü çoxalır, qan təzyiqi yüksəlir, əzələlərdə gərginlik yaranır. Stressli vəziyyət keçib getsə, bir o qədər də orqanizmin fəaliyyəti normallaşacaq. Biz hər zaman fikirləşirik ki, stress ancaq mənfi bir prosesdir. Amma stressin mənfi tərəfləri olduğu kimi, həm də müsbət tərəfləri var. Sözsüz ki, stress uzun sürərsə o qədər də insana ziyan gətirər. Yəni nə qədər uzun şiddətli və ya xroniki vəziyyətə çevrilsə o insan orqanizminə zərər yetirə bilər. Ona görə, biz hər zaman hərəkətlərimizi və davranışlarımızı idarə etməliyik. Xroniki stressdən əziyyət çəkən insan hətta siqaretə meyilli olur və başqa zərərli vərdişlərə, depresiyaya qapıla bilər".
Psixoloq əlavə edib ki, stress insanlarda tükənmə sindromuna gətirib çıxara bilər:
"Çünki stress bədənin bütün orqanlarına təsir edir. Psixoloqlar insanlara nikbin olmağı, eyni zamanda bədbinlikdən uzaq durmağı təlqin etməlidir. Ona görə ki, bədbinlik stressin yüksək səviyyədə olmasına zəmanət verir. Qorxu, həyəcan və ümumiyyətlə qorxuya səbəb olan pis hadisələr, cizgi filmləri, kinolar və digər bənzər şeylərdən uzaq olmaq lazımdır. İdmanla məşğul olmalı, sağlam həyat tərzi keçirməliyik. Ümumiyyətlə, həyata başqa gözlə baxmalıyıq. Ondan əlavə, hər bir işə nizam-intizamla yanaşmalı, maksimalist olmamalıyıq. Hər zaman düşünməliyik ki, ağır gündən sonra yaxşı məqamlar da ola bilər. Bunun üçün də arabir gündəlik həyatımızı dəyişərkən pozitiv insanlarla rastlaşmalıyıq və dostluq etməliyik ki, onlardan müsbət enerji ala bilək. Böyük rus yazıçısı Lev Tolstoy deyib ki, “hər kəs dünyanı dəyişmək istəyir, ancaq özünü dəyişdirmək istəyən yoxdur". Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə insanlar daha az televizora baxırlar. Əvəzində isə daha çox kitab oxuyur, gəzir və açıq havada daha çox vaxt keçirirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya