Divara yapışdırılan banan 6.2 milyon dollara satılıb
06:36 22.11.2024
Dünya
743
İtalyan rəssam Mauritsio Kattelanın "Divara yapışdırılmış banan" adlı əsəri 2019-cu ildə 120 min dollara satılıb. Yapışqanlı bantla divara bərkidilmiş adi bananın minlərlə dollara satılması sosial mediada böyük səs-küyə səbəb olub və onu “sənət əsəri” adlandırması geniş müzakirələrə səbəb olub. “Sherg.az”“NTV.com.tr”yə istinadən xəbər verir ki, "Sothebys" hərrac evi əsərin üç nüsxəsindən birini yenidən satışa çıxarıb. Əsərin 1-1,5 milyon dollara alıcı tapacağı gözlənilirdi. Hərracda gümüş lentlə divara yapışdırılmış adi banan 6,2 milyon dollara satılıb. Kriptovalyuta sahibkarı Castin Sun, 2019-cu ildə viral olan əsərin üç nəşrindən birini satın alıb və onu "mədəni fenomen" adlandırıb. Kriptovalyuta təkliflərinin qəbul edildiyi rəqabətli və sürətli hərracda təkliflər 800.000 dollardan başlayıb. Telefon və onlayn təkliflərin sürətlə artması ilə işin satış qiyməti təxminləri aşıb. Bananı alan Castin Sun banan və bir rulon yapışqan lenti, həmçinin orijinallıq sertifikatı da alacaq. C.Suna əsərin necə qorunacağı dair təlimat veriləcək və istəsə bananı necə dəyişə biləcəyi də izah ediləcək. C.Sun hərracda verdiyi açıqlamada, "bu, sadəcə bir sənət əsəri deyil, mədəni bir fenomeni təmsil edir. İnanıram ki, bu əsər gələcəkdə daha çox düşüncə və müzakirələrə ilham verəcək və tarixin bir parçası olacaq". Sun, "həm sənət tarixində, həm də populyar mədəniyyətdəki yerini şərəfləndirmək" üçün banan yeməyi planlaşdırdığını söyləyib. 2021-ci ildə "Art Newspaper"ə verdiyi müsahibədə rəssam Cattelan bunun "zarafat olmadığını" söylədi və viral işi "qiymətləndirdiyimiz şeylərin əksi" adlandırıb. Rəssam Cattelan və fransız incəsənət qalereyası Perrotin 5 il əvvəl "Art Basel Miami Beach" sərgisində "Komediyaçı" əsərini nümayiş etdirərək dünya miqyasında trend olub. Əsər Mayami ərzaq mağazasında alınmış banandan istifadə edilməklə yaradılıb, lakin qalereya onun rəssamın göstərişi əsasında dəyişdirilə biləcəyini bildirib. Sənət dünyası əsərin dəyərinə görə ikiyə bölünüb, lakin bəzi tənqidçilər bu sənət anlayışının sənətin dəyərini şübhə altına alan konseptual əsərlərə əsaslandığını iddia edir. Bananın sərgiləndiyi qalereyada böyük izdiham yaranıb və hamı “Məzhəkə” adlı əsəri görmək üçün növbəyə düzülüb. Corciyada doğulan və ABŞ-də yaşayan ifaçı David Datuna əsəri divardan qopararaq yeyib. Hadisə zamanı “Sənət ifası... Ac rəssam...” deyən Datuna qarşı heç bir şikayət olmasa da, əsər sərgiləndiyi yerdən çıxarılıb. Nyu-Yorka dönərkən mövzu ilə bağlı mətbuat konfransı keçirən Datuna, "Bu, vandalizm deyil. Performans sənəti idi. Qəti peşman deyiləm", deyib. Əsəri yeməzdən əvvəl ac qalmaq üçün 2 saat gözlədiyini ifadə edən Datuna, "Bu, banan deyil. Bu bir anlayışdır. Mən yalnız rəssamın konseptini yedim. Düşünürəm ki, tarixdə ilk dəfə bir sənətçi bu şəkildə yemək yeyir”, söyləyib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol