Rusiya səfirliyi erməni qubernatorunun "ivanlar" ifadəsinə münasibət bildirdi

Rusiyanın Ermənistandakı səfirliyi Şirak vilayətinin qubernatoru David Aruşanyanın Samvel Karapetyanın müxalifət partiyası olan "Güclü Ermənistan" tərəfindən "Gümri günü"nü qeyd etmək üçün bayram tədbirlərinin təşkili təşəbbüsünə reaksiyasından təəccüblənib.

Teleqraf xəbər verir ki, Rusiya səfirliyinin Telegram kanalında yayımlanan açıqlamada deyilir: "Şirak vilayətinin qubernatoru D.V. Aruşanyanın 17 oktyabr 2026-cı il tarixində "Facebook" sosial şəbəkəsində istər-istəməz Böyük Vətən Müharibəsi dövründə alman nasistlərinin leksikonunu xatırladan paylaşımda işlətdiyi "ivanlar" ifadəsi bizi çaşdırdı. 102-ci Rusiya hərbi bazasının və Rusiya sərhədçilərinin xidmət etdiyi bölgənin məsul şəxsinin ruslara qarşı etnik nifrət oyada biləcək və ölkələrimizin xalqları arasında əsrlər boyu davam edən dostluğun ruhuna zidd olan açıqlamalar verməsini məqbul hesab etməsini düşünmək istəməzdik".

Qeyd edək ki, Şirak qubernatoru David Aruşanyan "Facebook"da "Güclü Ermənistan" tərəfindən təşkil edilən "Gümri Günü" şənliklərinə toxunaraq onları "daha bir siyasi şou" adlandırıb. Şirak qubernatoru əlavə olaraq bildirib: "Gümri sizin "Aşağı Tabor"unuz deyil və gümrülülər sizin "İvanlarınız" deyil".