Fransada atışma olub, ölənlər var

Fransanın Dunkerk kommunasında atışmada təhlükəsizlik orqanlarının iki işçisi də daxil olmaqla dörd nəfər öldürülüb.

“Report” xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.

Məlumata görə, atışma nəticəsində ərazidə patrul xidmətini həyata keçirən iki təhlükəsizlik işçisi və iki miqrant həlak olub. Şübhəli şəxs jandarmaya özü gedib.

Onun dekabrın 14-dən əvvəl bu kommunada aşkar edilmiş başqa şəxsin ölümündə də iştirak etdiyi güman olunur.

Hadisənin səbəbləri barədə məlumat verilmir.