Şolts “Taurus”ları Ukraynaya buna görə verməyib - Lindner

Olaf Şoltsun “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya verməkdən imtina etməsi daxili siyasi mülahizələrlə bağlıdır.

Axar.az xəbər verir ki, bunu Almaniyanın keçmiş iqtisadiyyat naziri Kristian Lindner deyib.

“Ola bilsin ki, onun mövqeyinin arxasında Ukrayna ilə heç bir əlaqəsi olmayan kifayət qədər daxili siyasi mülahizələr dayanır. Bu, Almaniyanın silah çeşidinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasında ABŞ-dan nümunə götürmədiyi zaman aydın oldu, baxmayaraq ki, əvvəllər bizim diqqətimizi müttəfiqlərə yönəltdiyimiz deyilirdi”, - Lindner bildirib.