Bolqarıstanda tikiləcək NATO-nun çoxmillətli döyüş qrupunun yerləşəcəyi hərbi düşərgədə 2000-dən çox hərbçi yerləşdiriləcək.
Axar.az xəbər verir ki, bunu Bolqarıstanın Yambola şəhərinin administrasiya rəhbəri Valentina Revanski deyib.
“Müdafiə Nazirliyi Kabila rayonundakı kazarma ərazisini briqada səviyyəsinə qədər genişləndirməyi nəzərdə tutur, lakin o, Novo Selo poliqonunda Bolqarıstan-Amerika birgə bazası kimi deyil, tamamilə Bolqarıstanın nəzarəti altında olacaq”, - məlumatda qeyd olunub.