Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz nə rəsmi nikahımız var, nə də kilsə kəbini. Münasibətimiz ümumi övladlarımız tərəfindən möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, siz (Anna Akopyanı nəzərdə tutur – red.) baş nazirin həyat yoldaşı kimi faktiki olaraq səlahiyyət icra edirsiniz. Əslində, 27 ildir evliyik, amma evli deyilik”, - Paşinyan qeyd edib.
Akopyan isə əlavə edib ki, o, 17 yaşından həyatını Paşinyanla bağlayıb və ömrünün daha çox hissəsini onunla yaşayıb.