Qazaxıstanın Almatı vilayəti, Ulken kəndi yaxınlığında gücü 2-2,8 QVt olan atom elektrik stansiyasının tikintisi planlaşdırılır.
AZƏRTAC Qazaxıstan Respublikasının Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda nüvə texnologiyalarının potensial təchizatçıları ilə fəal danışıqlar aparılır.
Xatırladaq ki, 2024-cü il oktyabrın 6-da keçirilmiş ümumxalq səsverməsinin nəticələrinə əsasən, Qazaxıstan vətəndaşlarının əksəriyyəti atom elektrik stansiyasının tikintisi təşəbbüsünü dəstəkləyib.