ABŞ-nin ən böyük aviaşirkəti "American Airlines" Milad ərəfəsində 25 dekabrda texniki nasazlıq səbəbindən bütün daxili reysləri ləğv edib.
"Sherg.az" NextaTv-yə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
“Sizin təhlükəsizliyiniz bizim əsas prioritetimizdir. Problem həll edildikdən sonra sizi təhlükəsiz şəkildə təyinat yerinə çatdıracağıq”, - deyə aviaşirkətin açıqlamasında bildirilib.