Husilər Təl-Əviv və Aşkelon şəhərlərini dronlarla vurub

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri İsrailin Təl-Əviv və Aşkelon şəhərlərinə pilotsuz təyyarələrlə hücum edib.

APA xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

“Yəmən silahlı qüvvələrinin pilotsuz sistemlərinin qoşunları iki hərbi əməliyyat keçirib Bunlardan birincisi İsrailin işğal olunmuş Yaffa bölgəsindəki kritik obyektinə yönəlib. İkincisi isə Aşkelon bölgəsindəki İsrail sənaye zonasına yönəlib", - deyə husilərə məxsus “Al Masirah” telekanalı məlumat verib.

Sarianın sözlərinə görə, hər iki pilotsuz təyyarə hücum olunan İsrail hədəflərini vurub.