ABŞ rəsmisi: Rusiya HHM vasitələri Azərbaycan təyyarəsini vurmuş ola bilər

"İlkin məlumatlar Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasının səbəb olduğunu göstərir".

APA "Agence France-Presse"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisi bildirib.

ABŞ rəsmisinin şərhi Azərbaycan hökumət mənbələrinin təyyarənin qəzaya uğramasına Rusiya hava hücumundan müdafiə sisteminin səbəb olduğu barədə mətbuatda yayılan xəbərlərdən sonra gəlib.