Əziz Əlibəyli: Natali Luazo erməni lobbisinin yetişdirdiyi adamlardandır

Avropa Parlamentinin Fransadan olan deputatı Natali Luazonun azərbaycanlıların qayıdış hüququna qarşı fikirləri ziddir. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Belə ki, fransalı deputat Ermənistanın “Armenpress” mətbuat orqanına verdiyi müsahibəsində sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib. Müsahibəsində, bir tərəfdən guya Ermənistanın suverenliyinin qeydinə qaldığını göstərməyə çalışan fransız siyasətçisi, digər tərəfdən suveren ölkə adlandırdığı Ermənistana Azərbaycan ilə danışıqlarda hansı mövqedə çıxış etməli olduğuna dair ağıl öyrədir. N.Luazo, Ermənistanı Qərbi azərbaycanlıların qayıdış hüququ və regional kommunikasiyaların açılması məsələsini müzakirə etməməyə çağıraraq əsl niyyətinin iki ölkə arasında davamlı sülhün bərqərar olmasının qarşısını almaq olduğunu açıq şəkildə nümayiş etdirir. 


Sosial Tədqiqatlar Mərkəzini departament rəhbəri Əziz Əlibəyli “Sherg.az”a söyləyib ki, Luazonun və onun kimilərinin  tezisi ölkələrin daxili təhlükəsizliyini əsas anspektidir və bunu hansısa kateqoriya ilə pozmaq mümkün deyil:

“Onlar həm də əsaslandırmağa çalışırlar ki, digər elementlər ölkənin suverenliyinə xələl gətirə bilər. Amma burada önəmli bir məsələ var ki, dövlətlər özlərinin gələcəyini qurmaq istəyirlərsə, öz vətəndaşlarının hüquq və azadlıqlarının təminatında mühüm addımlar atmalıdırlar. Həmçinin vətəndaşların yaşamaq hüquqları qorunmalıdır. Qərbi Azərbaycan bölgəsində azərbaycanlıların doğum haqda şəhadətnamələrinə qədər mövcuddur. Həmin şəxslərin insan hüquqları prizmasından haqları pozulmuş sayılır. Eyni zamanda beynəlxalq hüquqla təsbit olunub ki, onlar geri qaytarılması təmin olunmalıdır. Natali Luazo erməni lobbisinin yetişdirdiyi adamlardandır. Ermənilər Marsel şəhəri ətrafında çox güclü diaspora qurublar. Luazonu əvvəlcə Fransa Senatına seçilməsini təmin edə bilərlər ki, gələcəkdə özlərini təhsil qrupunda xidmət göstərə bilsin. Yəni Luazo Avropa Parlamentində Azərbaycan əleyhinə fəaliyyət göstərir. Amma məsələ həm kommunikasiyalar, həm də geri qayıdışla bağlıdırsa, biz unutmamalıyıq ki, hər iki proses Ermənistanın beynəlxalq cinayət törətməsi ilə baş verib. Bu onun beynəlxalq məsuliyyətə cəlb olunmasına əsas yaratmış olur. Burada Ermənistanın tək fəaliyyət göstərmədiyi faktını əsas götürsək, dolayısı ilə Fransanın da bu kontekstə ifşası reallaşmalıdır”.