İranda son sutkada ikinci güclü zəlzələ baş verdi

İranın Hörmüzqan ostanında, Bəndər-Abbas şəhərinin 58 km-liyində 4,6 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün İranın cənub-şərqindəki Kirman əyalətində 4,3 bal gücündə zəlzələ olmuşdu.