Keçən il Ukrayna 4 min kvadrat kilometrdən çox ərazisini itirib. 2025-ci ildə Ukraynanın Rusiyanın bütün Donbası işğal etməsinin və cəbhəni yarıb keçməsinin qarşısını almaq üçün daha yaxşı fürsəti yaranacaq. Bunu "New Geopolitics Research Network"un direktoru Mixail Samus Radio deyib. Ekspert hesab edir ki, 2025-ci il üçün müsbət gözləntilər var.
O, söyləyib ki, Ukraynanın və ukraynalıların bütün gərgin zəhməti 2025-ci ildə həm cəbhədə, həm də iqtisadiyyatda nəticə verməlidir - Rusiya iqtisadiyyatında sonda dağıdıcı proseslər başlamalıdır. O, etiraf edib ki, Putin hakimiyyəti tammiqyaslı müharibə başlayandan sonra tam üç il ayaqda qala bilib, lakin ruslar Ukraynanı təslim olmağa məcbur edə bilməyiblər. 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlini xatırlasaq, o zaman deyirdik ki, Rusiya bütün Donbası fəth etməyə çalışacaq. Onlar cəbhəni yarıb Ukraynanı təslim olmağa məcbur etməyə cəhd edəcəklər. İndi nə danışacağıq? Rusiyanın bu il üçün planları nədən ibarətdir? Bütün Donbası işğal edib, cəbhəni yarıb, Ukraynanı təslim olmağa məcbur etmək. Beləliklə, bu il Rusiyanın bunu edə bilməməsinə şərait yaratmaq şansımız daha çoxdur. Ona görə ki, Rusiyada iqtisadi vəziyyət daha da pisləşəcək.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a vurğulayıb ki, məsələyə birtərəfli yanaşmaq obyektiv olmaz:
“Çünki cəbhədə Ukraynanı da Rusiyadan üstün salan cəhətlər var. Rusiyanın hərbi və iqtidasi resursları müharibə əməliyyatlarını istədiyi qədər davam etdirməyə imkan verir. Lakin müharibə uzandıqca Rusiyanın resursları azalır. Həmçinin xaricdən sanksiyalar daxilində maliyyə dəstəkləri zəiflədikcə Rusiyanın iqtisadi imkanları tükənə bilər. Ukraynaya verilən dəstək də limitsiz deyil və Qərb ona verdiyi yardımı dayandırarsa, Kiyevin iqtisadi, hərbi baxımdan Rusiya ilə mübarizə aparmaq imkanı olmayacaq. Bütün bunların fonunda Ukrayna müharibəsinin taleyini tərəflərin növbəti gedişi həll edəcək. Yəni Rusiya dünya dövlətləri ilə əlaqələrini düzəldərsə, xarici alternativlər qazanarsa, savaşı iqtisadi cəhətdən davam etdirə biləcək. Ukrayna tərəfi isə Donald Trampla dil tapmalıdır. Bundan sonra Avropa dövlətlərində yenidən Ukraynaya dəstək verilməsi məsələsində həvəs yaratmalıdır. Bu proseslərdən sonra uzunmüddətli Ukrayna savaşının şahidi olacağıq. Əgər tərəflərdən hansısa sözügedən prosesləri həll edə bilməsə, vəziyyət başqa cür olacaq”.