HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrail siyahısında olan 34 girovu azad etməyə razılaşıb.
Axar.az xəbər verir ki, bu barədə “Əşarq” qəzeti məlumat yayıb.
Məlumata görə, İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahı danışıqların son raundunda razılaşdırılmış meyarlara cavab verib. Siyahıda Qəzzada saxlanılan qadınlar, uşaqlar və xəstələrin adları var.
“HƏMAS bu girovları azad etməyə razılaşıb, lakin onların sağ olub-olmadığını dəqiq müəyyən etmək təxminən bir həftə çəkəcək”, - məlumatda qeyd olunub.