Böyük Britaniyada "McDonald's" fast food restoranlarında işləyən yüzlərlə insan şirkətə qarşı iddia qaldırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Leigh Day" hüquq firması məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, 700-dən çox insan iş yerlərində ayrı-seçkilik və təzyiqlərə məruz qaldığını bildirib. Bundan əlavə, bəzi vətəndaşlar "McDonald's"ın həmkarlarını irqçilikdə ittiham ediblər.
Məlumata görə, hazırda 450-dən çox McDonald's restoranı məhkəmə proseslərində iştirak edir.
Leigh Day şirkətinin mütəxəssisləri şikayətçilər üçün fast food restoranlar şəbəkəsindən təzminat almağı planlaşdırdırlar.