ABŞ və Rumıniya arasında viza rejimi ləğv edilir

Rumıniya vətəndaşları mart ayından etibarən ABŞ ərazisinə vizasız daxil ola biləcəklər.

APA xəbər verir ki, bu barədə “Agerpres” agentliyinə Rumıniyanın xarici işlər naziri Emil Hurezanu məlumat verib.

Nazir bildirib ki, ölkə vətəndaşları yalnız ESTA - Səyahət Avtorizasiyası üçün Elektron Sistem platforması vasitəsilə ABŞ qurumlarını səfərləri barədə xəbərdar etməli olacaq.

İndiyədək ABŞ-yə səfər etmək istəyən rumınlar Amerika konsulluğunda müsahibədən keçməli və viza xərclərini ödəməli idilər.