Şahzadə ağlayır, itini itirib...

“Bu, mənim ən acı günümdür”

Krallıq həyatı ilə vidalaşan və ABŞ-də yeni həyat səhifəsi açan Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl maraqlı hadisələrlə gündəmdə qalmaqda davam edirlər. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, yeddi il əvvəl Meqan Şahzadə Harri ilə evlənmək ərəfəsində olanda şəxsi "Instagram" hesabı ilə vidalaşmalı və onu silməli idi. İllərdir sosial media platformasından uzaq olan Sussex hersoginiyası şəxsi hesabını yanvarın 1-də əri Şahzadə Harrinin Kaliforniya ştatının Montecito şəhərindəki evlərinin yaxınlığındakı çimərlikdə çəkdiyi video ilə yenidən açıb. Meqan Markl bu yaxınlarda sosial media hesabında 2015-ci ildə Kanadadakı heyvanların xilasetmə mərkəzindən övladlığa götürdüyü it Qayı itirdiyini yazıb. 43 yaşlı hersoginya beagle cinsi iti Qayın öldüyü xəbərini paylaşaraq bunları yazıb: "İllər boyu qeyd-şərtsiz sevgiyə görə təşəkkür edirəm, mənim şirin itim. Sən mənim həyatımı heç vaxt bilməyəcəyin yollarla doldurdun. Bu, mənim ən acı günümdür. Göz yaşlarımın sayını itirmişəm".